- 18:03
İsrail ordusu Qəzza zolağında həbs etdiyi 10 fələstinlini azad edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, azad edilən 10 fələstinli Xan Yunisin şərqindəki “Kisufim” keçidi ilə Qəzzaya daxil olub.
Azadlığa çıxan fələstinlilər son dərəcə ağır və qeyri-insani şəraitdə saxlanıldıqlarını, işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Qeyd edək ki, Fələstin Əsirlər Cəmiyyəti bundan əvvəl İsrailin hücumlara başladığı gündən Qəzzadan minlərlə insanı, o cümlədən qadınları, uşaqları, mülki müdafiə işçiləri və tibb personalını saxladığını və onların taleyinin gizlədildiyini bildirmişdi.
Humay Eminqızı