İzmirdə meşə yanğını davam edir


  • 16:53

Türkiyənin İzmir şəhərinin Menderes rayonunda yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 12:45-də əkin sahəsində başlayan yanğın meşəlik əraziyə sıçrayıb.

Quru ot və külək səbəbindən alov qısa zamanda geniş əraziyə yayılıb.

Yanğınsöndürmə işləri 8 təyyarə və 9 helikopterlə havadan və 55 texnika ilə yerdən davam etdirilir.

Humay Eminqızı

Oxşar xəbərlər