Traktor aşdı, 1 nəfər öldü, 4-ü xəsarət aldı


  • 17:16

Türkiyənin Balıkesir şəhərində kənd təsərrüfatı işçilərini daşıyan traktor aşıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım və jandarma qrupları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər