- 19:50
İspaniyanın 18, Portuqaliyanın 2 bölgəsində böyük yanğınlarla mübarizə davam edir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ən böyük yanğınlar İspaniyanın şimalındakı Qalisiya, Kastiliya və Leon ərazilərində qeydə alınıb.
Avqust ayında bu yanğınlar səbəbindən 4 nəfər həlak olub.
Qeyd edək ki, yanğınların intensivliyi ötən həftə ilə müqayisədə azalıb, hava şəraitinin yaxşılaşması sayəsində alovlar nəzarət altına alınmağa başlanıb.
Ölkə daxilində 2500-dən çox insan evlərindən təxliyə edilib.
Son 10 gündə ölkənin cənubundakı Ekstremadura bölgəsinin Cerilla rayonunda 17 min hektara yaxın ərazilərini yandıran yanğınlar isə nəzarət altına alınıb.
İspaniyada ilin əvvəlindən 350 min hektardan çox ərazi kül olub.
Avqust ayında Portuqaliyada 3 nəfərin həyatına son qoyan böyük yanğınlar hazırda ölkənin şimal və mərkəzi bölgələrindəki Arganil, Cinco Vilas ərazilərində davam edir.
Portuqaliyada yanğınlar 275 min hektar ərazini yandırıb.
Humay Eminqızı