- 19:50
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 71 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda son 24 saatda 251 nəfərin yaralandığı da bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 62 min 263 nəfərə, yaralı sayı isə 157 min 365 nəfərə yüksəlib.
Humay Eminqızı