Məzmuna keç

İranda silahlı hücumda 5 polis həlak oldu

İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətində patrul qruplarına silahlı hücum nəticəsində 5 polis əməkdaşının həlak olduğu bildirilir.

E-huquq.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, silahlı qrup Həş-İranşəhr yolunda nəzarət-buraxılış məntəqəsində iki patrul dəstəsinə hücum edib.

Silahlı hücumda 5 polis əməkdaşı həlak olub.

Hücum edənlərin tutulması üçün genişmiqyaslı əməliyyat başlayıb.

Hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, “Ceyş əl-Ədl” təşkilatı bölgədəki mülki və hərbi hədəflərə qarşı əvvəlki hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Şəbnəm Mehdizadə