- 19:50
Almaniyanın Bavariya əyalətində, Münhen şəhərinin universitet şəhərciyində yeni bir qadağa tətbiq olunub. Bu qadağa çərçivəsində, axşam saat 20:00-dan sonra universitet ərazisində yerləşən bufetlərdə cips və duzlu çərəz məhsullarının satışı qadağan edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, universitet bölgəsində fəaliyyət göstərən beş bufetə qoyulan bu qadağa, əsasən ərazidə yaşayan sakinlərin şikayəti ilə əlaqədar qəbul edilib. Sakinlər gecə vaxtı yaranan səs-küy və tullantılardan şikayət ediblər.
Bundan əlavə, yeni qaydalara əsasən, həmin bufetlər saat 22:00-dan sonra şüşə pivə satışını da dayandırmalıdırlar. Bu qərar universitet ərazisində alkoqol istehlakı səbəbindən artan səs-küy, tullantılar və narahatlıqların qarşısını almaq məqsədi daşıyır.
Rəsmi orqanlar tətbiq olunan qadağaların sakinlərin həyat keyfiyyətinin yaxşılaşdırılması və ictimai nizam-intizamın təmin olunması üçün atılan vacib addım olduğunu bildirirlər.
Şəbnəm Mehdizadə