Sudanda bir il ərzində vəbadan 2741 nəfər ölüb


  • 17:57

Sudanda 2024-cü ilin iyul ayından bəri 2741-dən çox insan vəbadan həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarının sözçüsü Ceremi Lorens məlumat verib.

Sudanın 18 əyalətində vəba xəstəliyinin qeydə alındığını qeyd edən Lindmeier, 2024-cü ilin iyul ayından bu yana 100 mindən çox yoluxma və 2741-dən çox ölüm hadisəsi qeydə alındığını bildirib.

Yoluxmaların 12 faizi, ölüm hallarının isə 10 faizi 5 yaşdan kiçik uşaqlarda baş verib.

O, səhiyyə müəssisələrinin 38 faizinin fəaliyyət göstərmədiyinə və 62 faizinin isə qismən fəaliyyət göstərdiyinə diqqət çəkərək səhiyyə xidmətindəki əksikliyi vurğulayıb.

Laurens qeyd edib ki, mühasirədə olan Faşir şəhərinə və Sudanın Şimali Darfur bölgəsindəki yaxınlıqdakı Əbu Şok düşərgəsinə edilən hücumlarda 10 gün ərzində ən azı 89 mülki şəxs həlak olub.

Humay Eminqızı

Oxşar xəbərlər