Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi istefa verdi


  • 23 Avqust 18:25

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Anri Oxanaşvili vəzifəsini tərk edib.

E-huquq.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

A.Oxanaşvili bundan sonra Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olacaq.

Qeyd edək ki, A.Oxanaşvili bu ilin aprelindən Gürcüstan DTX-nin rəisi idi.

Oxşar xəbərlər