- 00:28
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Melaniya Trampa açıq məktub yazıb.
E-huquq.az xəbər veir ki, Ə.Ərdoğan Melaniyanın Vladimir Putinə yazdığı məktubunda uşaqlar üçün ifadə etdiyi narahatlığı Qəzzadakı vəziyyətə də yönəltməyə çağırıb.
Qəzzada ölən 62 min nəfərdən 18 mininin uşaq olduğunu vurğulayan birinci xanım, Melaniyanı böhrana son qoymaq üçün Netanyahuya müraciət etməyə çağırıb. O, yazıb: "Minlərlə insan üçün çox gecdir, lakin bir milyondan çox adamı xilas etmək üçün hələ vaxt var".