- 00:28
Qəzza zolağında 2023-cü ilin oktyabrından bəri ən azı 240 jurnalist həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə bölgədə Kütləvi İnformasiya Vasitələri üzrə İdarə "Telegram" kanalında məlumat yayıb.
“Qəzza zolağında hərbi toqquşmaların başlanmasından bəri həlak olan KİV işçilərinin sayı 240-a çatıb”, - məlumatda deyilir.