- 15:45
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə gəlib.
E-huquq.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Kit Kelloq 24 Avqust – Ukraynanın Müstəqillik Günü ilə əlaqədar təntənəli tədbirdə iştirak edir.
Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında Kit Kelloqa və ABŞ Prezidenti Donald Trampa Ukraynaya diqqətə və dəstəyə görə təşəkkür edib.