İstanbulda 8 miqrant qaçaqçısı həbs olundu


  • 12:27

Türkiyənin İstanbul şəhərində miqrant qaçaqçılarına qarşı həyata keçirilən əməliyyatlar nəticəsində saxlanılan 12 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qeyri-qanuni miqrantların Avropa ölkələrinə göndərilməzdən əvvəl saxlanıldığı və "şok evi" adlandırılan ünvanların müəyyən edilməsi ilə bağlı əməliyyat həyata keçirilib.

Ünvanlarda aparılan axtarışlar nəticəsində cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 389 min 995 avro, 191 min 740 dollar, 7 min funt sterlinq, 480 min 290 türk lirəsi və müxtəlif rəqəmsal materiallar ələ keçirilib.

Saxlanılan 12 şübhəlidən 8-i məhkəmənin qərarı ilə həbs olunub, 4 nəfər isə sərbəst buraxılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər