- 17:05
Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yük maşını və sərnişin avtobusu da daxil olmaqla bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verən zəncirvari qəzada 1 nəfər həyatını itirib, 16 nəfər isə yaralanıb.
Hadisə barədə məlumat verildikdən dərhal sonra əraziyə təcili tibbi yardım, polis və yanğınsöndürmə qrupları cəlb olunub.
Yaralılar hadisə yerində göstərilən ilkin tibbi yardımdan sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Şəbnəm Mehdizadə