- 17:32
İsrail ordusunun bu gün səhər saatlarından Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində 12 fələstinli həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hücumlar Əl-Kərame xəstəxanasının yaxınlarını, Rimal Məhəlləsini, Zerka bölgəsini, Zeytun məhəlləsini, Cibaliya ən-Nazlada ərazisini eləcə də Kissufim Sərhəd Keçidinin yaxınlığını, Səlahəddin küçəsini,Əl-Məvasi bölgəsini hədəf alıb.
Qeyd edək ki, İsrail ordusu çadırları və yardım gözləyənləri də hədəf alıb.
Humay Eminqızı