Qəzzada daha 4 jurnalist həlak olub


  • 14:37

İsrail ordusunun Qəzza zolağının Xan Yunis şəhərindəki Nasser xəstəxanasının 4-cü mərtəbəsinə endirdiyi hava zərbəsi nəticəsində 4 jurnalist həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstin hökumətinin Qəzzadakı Media Ofisindən məlumat verilib.

Ümumilikdə İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən jurnalistlərin sayı 244-ə çatıb.

Humay Rminqızı

Oxşar xəbərlər