- 17:32
İtalyan alpinistin cəsədinin və rusiyalı alpinist Natalya Naqovitsinanın “Pobeda” zirvəsindən endirilməsi planı yenə baş tutmayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Adil Çarqınov məlumat verib.
Belə ki, helikopter hava şəraiti səbəbindən qalxa bilməyib.
Qeyd edək ki, 2025-ci ilin yayında Naqovisina ilk dəfə Qırğızıstandakı “Pobeda” zirvəsini fəth edib. 12 avqustda alpinist təxminən 7100 metr hündürlükdə zirvədən enərkən ayağını sındırıb. Luka adlı digər alpinist ona ilkin tibbi yardım göstərib və kömək çağırmaq üçün yola düşüb.
13 avqustda italiyalı alpinist Luka və onun almaniyalı həmkarı Natalyaya yemək, yuxu tulumu və qaz avadanlığı komplekti veriblər. Yorğunluq və pis hava şəraiti səbəbindən Natalyaya köməyə gələn alpinistlər yüksəkdə gecələməyə məcbur oldular. 15 avqustda isə Lukanın donvurmadan dünyasını dəyişdiyi məlum olub.
Humay Eminqızı