- 17:05
Türkiyənin Hatay vilayətinin mərkəzi Antakya rayonunda xüsusi reabilitasiya mərkəzinə məxsus bir sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yol kənarındakı tarlaya aşıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 13 nəfər xəsarət alıb.
Yaralılar yanğınsöndürənlərin müdaxiləsi ilə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardımla xəstəxanalara çatdırılıb.
Onların vəziyyətinin yaxşı olduğu bildirilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə