- 17:56
İngiltərənin Uayt adasında helikopter tarlaya düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Şenklin yolunda baş verən qəza barədə məlumat yerli vaxtla saat 09:24-də daxil olub və polis qrupları dərhal hadisə yerinə cəlb olunub.
Hazırda helikopterdə neçə nəfərin olduğu və xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat verilməyib.
Polisin yaydığı bəyanatda bildirilib ki, hadisə yerində çox sayda təcili yardım maşını var, ərazi nəqliyyatın hərəkəti üçün bağlanıb və sakinlərdən bölgədən uzaq durmaları xahiş edilib.
Yerli medianın məlumatına görə, hadisənin şahidi olan Leigh Goldsmith, helikopterin yerə düşməzdən əvvəl fırlandığını və kolluğa çırpıldığını bildirib. Onun sözlərinə görə, göyərtəsində 4 nəfərin olduğu ehtimal edilən helikopterdə təhlükəsizlik yastıqları açılıb.
Şəbnəm Mehdizadə