- 17:56
ABŞ-da hazırlanmış yeni beyin-kompüter interfeysi (BCI) insanın düşündüyü sözləri audio və ya mətnə çevirməyə müvəffəq olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, “Daxili nitqin tərcüməçisi” kimi təsvir edilən bu sistem ağır iflic olan dörd könüllü üzərində sınaqdan keçirilib və fikirləri nitqə çevirməkdə 74 faizə qədər dəqiqliyə nail olub.
Tədqiqata görə, implant beyindəki sinir fəaliyyətini qeyd edir və nitqi təşkil edən ən kiçik vahidlər olan "fonemlər"lə əlaqəli nümunələri ayırd edə bilir.
Xüsusi metodla bu siqnallar sözlərə çevrilir. Bu, sistemə sadəcə düşünülmüş sözlərdən 125 000-dən çox sözü tanımağa imkan verir.
Mütəxəssislər bildirirlər ki, bu texnologiya iflic və ya nitq qüsuru olan insanlar üçün ünsiyyətdə inqilab yarada bilər.
Bununla belə, onlar alimlər hesab edir ki, implant texnologiyasının daha da təkmilləşdirilməsi və daha yüksək dəqiqliyə nail olmaq üçün beynin daha geniş sahələrinin xəritələşdirilməsi zəruridir.
Tədqiqatçılar həmçinin şəxsi məxfiliyin qorunması üçün tədbirlər üzərində işləyirlər. Təcrübələrdə xüsusi paroldan istifadə edərək fikirləri nitqə çevirə bilən sistem sınaqdan keçirilib və 98 faiz müvəffəqiyyət əldə edilib.
Tədqiqatmı komanda bildirib ki, bu irəliləyiş nitq itkisi olan milyonlarla insana “gündəlik danışıq qədər təbii və səlis” ünsiyyət ümidi verir.
Araşdırma Cell jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə