"Grok" süni intellekti şəxsi məlumatları riskə atır


  • 25 Avqust 17:56

İlon Maskın süni intellekt əsaslı "Grok" çat-botunun söhbətləri Google tərəfindən indeksləşdirilib və əlçatan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Məlumata görə, 370.000-dən çox söhbət indeksləşdirilib.

Bildirilir ki, söhbətlərdə parollar, sağlamlıq məlumatları, münasibətlərlə bağlı problemlər və hətta narkotik,zorakılıq mövzuları barədə müzakirələr olub.

"Grok” yazıların anonimləşdirildiyini iddia etsə də, seanslarda şəxsi məlumatların olduğu aşkar edilib.

Mütəxəssislər süni intellektlə söhbətlərin təhlükəsiz olmadığını və şəxsi məlumatların asanlıqla ifşa oluna biləcəyini vurğulayırlar.

Qeyd edək ki, Avropada şirkətlərin təqribən 25%-i dezinformasiya və məxfilik problemlərinə görə “Grok”u qadağan edib.

Mütəxəssislərin fikrincə, texnologiya şirkətlər istifadəçi məxfiliyini lazımi səviyyədə qorumadan hərəkət edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər