- 25 Avqust 23:51
Əlcəzairin 7 fərqli şəhərində baş verən meşə yanğınlarının böyük hissəsi nəzarət altına alınıb, lakin bəzi ərazilərdə alovlarla mübarizə hələ də davam edir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əlcəzairin Mülki Müdafiə İdarəsi rəsmi açıqlama yayıb.
Açıqlamaya görə, El-Buleyda, Tizi Vizu, Bumerdas, Mila, El-Media, Biqaye və Ayn Difla şəhərlərində son 24 saat ərzində ümumilikdə 16 fərqli nöqtədə meşə yanğınları baş verib.
Məlumatda qeyd olunur ki, bu 16 yanğın ocağından 9-da alovlar tamamilə söndürülüb. 3 nöqtədə isə soyutma və nəzarət işləri aparılır. Qalan 3 ərazidə isə yanğınsöndürmə əməliyyatları hələ də davam edir.
Yanğınsöndürmə işlərinə həm yerüstü qüvvələr, həm də hava dəstəyi ilə helikopter və digər aviasiya vasitələri cəlb olunub.
Əlcəzair hakimiyyəti yanğınların səbəbləri ilə bağlı araşdırmalara başladığını, təhlükənin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.
Hökumət əhalini mümkün risklərə qarşı ehtiyatlı olmağa çağırıb.
Şəbnəm Mehdizadə