- 25 Avqust 23:51
Qəzza zolağında münaqişəyə yaxın iki-üç həftə ərzində son qoyula bilər.
E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən ABŞ Prezidenti Donald Tramp deyib.
Amerika lideri bildirib: "Düşünürəm ki, yaxın iki və ya üç həftə ərzində münaqişənin həlli ilə bağlı yekun nəticəyə gələcəyik. Bu barədə danışmaq çətindir, çünki onlar uzun illərdir mübarizə aparırlar. Qəzza zolağı bir alov nöqtəsi olub".