- 26 Avqust 22:08
Ermənistanda güllə yarası alan hərbçi xəstəxanaya yerləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə yerli KİV-lər ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
"Hərbçi hazırda həkimlərin nəzarəti altındadır, həyatına təhlükə yoxdur", - məlumatda qeyd edilib.
KİV-in məlumatına görə, hadisə Geğarkunik vilayətindəki mövqelərdən birində baş verib. Əsgərin hansı şəraitdə yaralandığı hələ ki, məlum deyil.