- 26 Avqust 22:08
İsrail ordusunun səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu 20 fələstinli ölüb, çoxlu sayda yaralı var.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hücumlar Sabra məhəlləsi, Səftəvi məhəlləsi, Cella küçəsi, Sahil Yolu, Zeytun məhəlləsi, Savariha bölgəsi, Bureyc düşərgəsi, Deyr əl-Bələhdə Aqila küçəs və Asda həbsxanasının ətrafı kimi bölgələri əhatə edib.
Eyni zamanda qaçqınların məskunlaşdığı ərazilər və çadırlar da İsrail ordusunun hədəfi olub.
Humay Eminqızı