- 26 Avqust 22:08
İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzza zolağında son 24 saatda daha 3 fələstinli aclıqdan ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ümumilikdə 2023-cü il oktyabrın 7-dən Qəzzada aclıqdan ölənlərin sayı 303 nəfərə çatıb.
Onlardan 117-sı uşaqdır.
Humay Eminqızı