- 26 Avqust 22:08
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 75 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda son 24 saatda 370 nəfərin yaralandığı da bildirilib.
Qəzzada son 24 saat ərzində humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 17 fələstinlinin öldüyü, 122 fələstinlinin isə yaralandığı bildirilir.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 62 min 819 nəfərə, yaralı sayı isə 158 min 629 nəfərə yüksəlib.
Humay Eminqızı