- 26 Avqust 22:08
Rusiya İstintaq Komitəsi “Pobeda” zirvəsində xəsarət alaraq köməksiz qalan alpinist Natalya Naqovitsina ilə bağlı baş vermiş hadisə üzrə yoxlamalara başlayıb.
E-huquq.az xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Qeyd edək ki, KİV və sosial şəbəkələrdə daha əvvəl Naqovitsinanın oğlunun İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə müraciəti yayımlanmışdı.
Müraciətdə o, “Pobeda” zirvəsi ərazisində hava çəkilişlərinin təşkili üçün kömək göstərilməsini xahiş edib ki, anasının sağ olduğunun təsdiqlənməsi mümkün olsun.
Petrenkonun sözlərinə görə, komitə sədri, Rusiya XİN və FHN ilə birgə, baş verənlərin şəraitini müəyyənləşdirmək və rusiyalı alpinistə mümkün yardımı göstərmək məqsədilə bütün tədbirlərin görülməsi üçün tabeliyində olan əməkdaşlara göstəriş verib. Baş verən hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən prosessual yoxlama təşkil olunub.
Humay Eminqızı