İtkin rusiyalı üzgüçünün axtarışları davam edir


  • 26 Avqust 16:15

Avqustun 24-də 81 ölkədən 2820 idmançının iştirakı ilə Boğaziçidə keçirilən qitələrarası üzgüçülük yarışı zamanı itkin düşmüş rus üzgüçü Nikolay Andreeviç Sveçnikovun axtarışları 3 gündür davam edir.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəniz polisi və sahil mühafizə qrupları rus idmançını tapmaq üçün Boğaziçi başda olmaqla, yarışın keçirildiyi Kanlıca-Kuruçeşme bölgəsində ətraflı axtarış aparır.

Bildirilib ki, Beykoz Baş Prokurorluğu rusiyalı idmançının itməsi ilə bağlı araşdırma aparır.

İstintaq çərçivəsində prokurorluq Sveçnikovun şəxsiyyəti və ünvanının müəyyən edilməsi, həmçinin yarış zamanı çəkilmiş bütün lazımi kamera görüntülərinin və çəkilişlərinin toplanaraq ötürülməsi istəyib.

İtkin düşən rusiyalı idmançının yaxınlarının müəyyən edilməsi və zərərçəkmiş kimi ifadələrinin alınması həmçinin, Sveçnikovu tanıyan və yarışın təşkilinə cəlb olunmuş şəxslərin müəyyən edilməsi və onların məlumat verən kimi ifadələrinin götürülməsi gözlənilir.

Prokurorluq həmçinin idmançı ilə bağlı qeydlərin olub-olmadığını müəyyən etmək üçün otel və xəstəxana sənədlərinin araşdırılmasını istəyib.

Humay Eminqızı

Oxşar xəbərlər