- 27 Avqust 23:05
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkanlar yerli vaxtla saat 10:29-da meydana gəlib.
Zəlzələnin 9,7 kilometr dərinlikdə meydana gəldiyi bildirilib.
Hazırda zəlzələ ilə bağlı hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Humay Eminqızı