Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşdu: 1 ölü, 9 yaralı


  • 27 Avqust 13:58

Türkiyənin Mardin vilayətinin Kızıltepe rayonunda sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 1 nəfər həlak olub, 9 nəfər isə xəsarət alıb.

E-huquq.az xəbər verir ki, hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürmə və polis qrupları cəlb olunub.

Qəza nəticəsində sərnişin avtobusunda olan 10 nəfər yaralanıb. Avtobus sürücüsü nəqliyyat vasitəsində sıxışıb qaldığı üçün yanğınsöndürənlərin müdaxiləsi ilə çıxarılıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Yaralılardan biri göstərilən tibbi yardımlara baxmayaraq həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər