Antalyada güclü yanğın baş verib


  • 27 Avqust 14:09

Türkiyənin Antalya vilayətinin Serik rayonunda müxtəlif şirkətlərə məxsus iki anbarda yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bir soyuducu anbarda baş verib. Qısa müddətdə alovun şiddəti artaraq qonşuluqda yerləşən digər anbara da keçib.

Əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub. Göstərilən operativ müdaxilə nəticəsində yanğın tam nəzarət altına alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hazırda ərazidə soyutma işləri davam etdirilir. Yanğının səbəbi ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər