- 27 Avqust 23:05
Bu səhər İstanbulun Haydarpaşa Limanında yanacaq dolduran gəmidə yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi ilə alovu qısa zamanda nəzarət altına almaq mümkün olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbləri ilə bağlı araşdırma başladılıb.
Qruplar yanğının soyudulması və təhlükəsizliyinin təmin edilməsi üçün işlərini davam etdirir.
Şəbnəm Mehdizadə