- 27 Avqust 23:05
2025-ci ildə Avropa İttifaqı ölkələrində baş verən meşə yanğınlarında 1 milyon hektardan çox ərazi yanaraq məhv olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu rəqəm, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə, son 18 ilin illik orta göstəricisindən isə 4 dəfədən çox artım deməkdir.
İspaniyada 414 min, Portuqaliyada 270 min hektar ərazi yanıb.
Rumıniya, İtaliya, Yunanıstan və Fransa da ciddi itkilər yaşayıb.
Aİ üzrə il ərzində 1850-dən çox meşə yanğınıqeydə alınıb.
Karbon emissiyası 38 milyon tonla rekord səviyyəyə çatıb. Bu rəqəm ötən il 11 milyon ton idi.
Yanğınların səbəbi əsasən iqlim dəyişikliyi və insan fəaliyyəti ilə bağlıdır. Mütəxəssislər bu gedişatın davam etməsi halında daha geniş fəlakətlərin qaçılmaz olduğunu bildirir.
Şəbnəm Mehdizadə