İngiltərədə 2025-ci ilin yayı tarixdə ən isti yay ola bilər


  • 27 Avqust 15:21

İngiltərədə bu ilin yayı rəsmi müşahidələrin aparıldığı dövrdə ən isti yay kimi qeydə alınmağa çox yaxındır.

E-huquq.az xəbər verir ki, İngiltərə Meteorologiya İdarəsinin (Met Office) ilkin məlumatlarına əsasən, 1 iyun-25 avqust tarixləri arasında ölkə üzrə orta temperatur 16,13 dərəcə Selsi olub. Bu göstərici, uzunmüddətli iqlim ortalamasından 1,54 dərəcə yüksəkdir.

Bununla, 2025-ci ilin yay mövsümünün, 2018-ci ildəki 15,76 dərəcəlik əvvəlki rekord orta temperaturu geridə qoyaraq ən isti yay olaraq tarixə keçəcəyi proqnozlaşdırılır.

Ən yüksək temperatur Kent bölgəsində 35,8 dərəcə olaraq qeydə alınıb.

Bu yay ərzində 4 istilik dalğasıyaşanıb

İngiltərədə hava istiliyi ilə bağlı rəsmi qeydiyyat 1884-cü ildən aparılır. Bu səbəbdən 2025-ci ilin yayı, 140 ildən artıq bir dövrün ən isti yayı kimi tarixə düşə bilər.

Mütəxəssislər bu tendensiyanı iqlim dəyişikliyi ilə əlaqələndirir və gələcək illərdə daha ekstremal hava şəraitlərinin daha da tez-tez təkrarlanacağını bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər