Qəzzada ölənlərin sayı 62 895 nəfərə çatdı


  • 27 Avqust 16:57

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 76 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda son 24 saatda 298 nəfərin yaralandığı da bildirilib.

Qəzzada son 24 saat ərzində humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 18 fələstinlinin öldüyü, 106 fələstinlinin isə yaralandığı bildirilir.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 62 min 895 nəfərə, yaralı sayı isə 158 min 927 nəfərə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər