ABŞ-də katolik məktəbində hücum edən şəxs intihar edib - YENİLƏNDİ


  • 27 Avqust 23:05

Minneapolisdə katolik məktəbinə hücum özünü transgender hesab edən 23 yaşlı Robin Vestman tərəfindən həyata keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə yerli KARE 11 telekanalı məlumat yayıb.

Məlumata görə, atəş açan şəxs 2020-ci ildə adını Robertdən Robinə dəyişib. Hücum edənin anasının əvvəllər həmin katolik məktəbində işlədiyi də məlumdur.

Məktəbə hücumdan sonra Vestmanın intihar edib.

***

20.01

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə ştat qubernatoru Tim Valz "X" hesabında məlumat yayıb.

"Mənə katolik məktəbində atışma barədə məlumat verilib", - deyə o, paylaşımda qeyd edib.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Atəş açan şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hazırda hadisə yerinə cəlb olunduqları qeyd olunub.

Qeyd edək ki, katolik məktəbdə məktəbəqədər yaşdan səkkizinci sinfə qədər uşaqların təhsil aldığı bildirilir.

Oxşar xəbərlər