Məzmuna keç

Etna vulkanının püskürməsi davam edir

İtaliyanın Kataniya bölgəsində yerləşən Etna vulkanının püskürməsi davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 10 avqustda başlayan vulkanik fəaliyyət, 2 980-3 200 metr yüksəklik arasında yerləşən üç ayrı bacadan güclü lava axını ilə davam edir.

Ən uzun lava axını təxminən 2 kilometrə çatıb.

Cənub-şərq kraterindən ara-sıra Stromboliya tipli partlayışlar və kül atılması da müşahidə edilirdi.

Qeyd edək ki, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu daha da güclü püskürmə ehtimalına qarşı xəbərdarlıq edib.

Humay Eminqızı