- 22:09
Tramp administrasiyası viza sahiblərinin ABŞ-də qalma müddətini məhdudlaşdıran tənzimləmə təklif edib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Layihə təsdiqlənəcəyi təqdirdə, xarici tələbələrin və ABŞ-da işləməsinə icazə verilən mədəniyyət mübadiləsi proqramı iştirakçılarının ölkədə maksimum 4 il qala biləcəyi, xarici media nümayəndələrinin isə viza müddəti 240 günlə məhdudlaşacaq.
Bildirilib ki, əvvəlki administrasiyalar uzun müddət xarici tələbələrin və digər viza sahiblərinin ABŞ-da demək olar ki, müddətsiz qalmasına icazə verirdi. Bu vəziyyətin təhlükəsizlik riskləri yaratdığı və ABŞ vətəndaşlarını əlverişsiz vəziyyətə saldığı irəli sürülən açıqlamada, yeni tənzimləmənin sui-istifadəyə son qoyacağı və federal hökumət üzərindəki yükü azaldacağı qeyd olunub.
Sözügedən layihə ilk dəfə 2020-ci ildə Trampın birinci prezidentlik dövründə təklif edilmiş, lakin keçmiş ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən 2021-ci ildə geri çəkilmişdi.
Humay Eminqızı