Məzmuna keç

Zelenski sülh üçün ilkin şərtini açıqladı

"Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesi atəşkəs rejiminin tətbiqi ilə başlamalıdır".

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığının nəticələrini şərh edərkən bildirib.

“Bu münaqişənin nizamlanması qeyd-şərtsiz atəşkəslə başlamalıdır. Bu mövqeyi hamı anlayır və dəstəkləyir” – Zelenski bildirib.

Onun sözlərinə görə, Hindistan tərəfi atəşi dayandırmaq üçün lazım olan səyləri göstərməyə hazırdır.