Əfqanıstanda növbəti dəfə güclü zəlzələ olub


  • 10:37

Əfqanıstanın şərqində 5,6 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla axşam saat 20:30 radələrində baş verən zəlzələnin episentri Nangerhar əyalətinin paytaxtı Cəlalabaddan 14 kilometr şərqdə yerləşib.

10 kilometr dərinlikdə ölçülən zəlzələ barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, avqustun 31-i bazar günü gecə Pakistanla sərhəddə baş verən 6 bal gücündə zəlzələ nəticəsində 2205 nəfər ölüb, 3640 nəfər yaralanıb.

Sentyabrın 2-də isə Cəlalabaddan 34 kilometr şimal-şərqdə 5,2 bal gücündə zəlzələ baş vermişdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər