- 5 Sentyabr 19:00
ABŞ Prezidenti Donald Tramp “Cənnətə düşmək istəyirəm” adlı kampaniyaya başlayır.
E-huquq.az xəbər verir ki, Tramp tərəfdarlarından 15 dollar ianə toplayır.
ABŞ Prezidenti sui-qəsd cəhdindən sağ qaldığı üçün Allahın lütfünə inandığını vurğulayıb.
Həmçinin o, prezidentliyini “vəzifə çağırışı” kimi xarakterizə edir.
Trampın tərəfdarlarına göndərdiyi elektron məktublarda dini ritorika da diqqət çəkib. Tramp yazıb: "Keçən il o güllə dərimi deşərkən ölümün millimetrinə yaxınlaşdım. Ağ Evə qalibiyyətlə qayıtmağım heç vaxt baş verməməli idi. İnanıram ki, Tanrı məni bir səbəbə görə xilas etdi: Amerikanı yenidən böyük etmək üçün!"