22.10.2026
Abşeronda avtomobilin vurduğu piyada ölüb
Hadisə

Abşeronda avtomobilin vurduğu piyada ölüb

Sen 6, 2025

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Saray-Novxanı yolunda qeydə alınıb.

Elşad Həsənov idarə etdiyi "Honda" markalı minik avtomobili ilə yolu keçən piyadanı (kişi) vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.