Ağcabədidə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı


  • 5 Sentyabr 22:11

Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

E-huquq.az-ın xəbərinə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı - 18 yaşlı Tahir Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər