- 17:09
"Avropa İttifaqı Rusiyaya təzyiqlərini artırmağa davam edəcək".
E-huquq.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen deyib.
Onun sözlərinə görə, bu çərçivədə 19-cu sanksiya paketinə Rusiya mayeləşdirilmiş təbii qazına (MTQ) qarşı tədbirlərin daxil ediləcək.
Von der Leyen vurğulayıb ki, bu enerji mənbəyinin Aİ-yə idxalına qadağa qoyulması məhdudiyyətlərin növbəti mərhələsinin əsas elementi olacaq.
Humay Eminqızı