- 17:09
OpenAI şirkəti, ChatGPT süni intellekt modelinə valideyn nəzarəti funksiyasını əlavə edib.
E-huquq.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
"Funksiya sizə öz hesabınızı övladınızın hesabına əlaqələndirməyə və təhlükəsiz, yaşa uyğun istifadə üçün parametrləri fərdiləşdirməyə imkan verir", - məlumatda qeyd edilib.
Funksiyanı aktivləşdirmək üçün valideyn övladına hesabları birləşdirmək üçün dəvət göndərməlidir, bundan sonra tənzimləmə paneli əlçatan olacaq. Əgər yeniyetmə hesabını əlaqədən ayırsa, valideynə müvafiq bildiriş gələcək.
Bu cür tədbirlər yetkinlik yaşına çatmayanları uyğun olmayan məzmundan qorumaq üçün nəzərdə tutulub.
Humay Eminqızı