- 17:09
İsrail yenidən İrana hücuma hazırlaşır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrail ordusunun yüksək rütbəli zabiti deyib.
"Maariv" qəzetinə danışan zabit bildirib ki, İsrail İrana qarşı növbəti dəfə irimiqyaslı hücuma keçə bilər.
"Yaxın Şərqdəki hadisələri və İrandakı fəaliyyəti diqqətlə izləyirik. İsrail və İran davamlı olaraq silahlanır. Biz bir sıra ssenarilərə hazırlaşırıq ki, bunlardan biri də İrana növbəti hücumun təşkili zərurəti ola bilər".
O, İranın son hücumlarda ağır zərbə aldığını iddia edərək deyib ki, rəsmi Tehran verdiyi itkilərdən və İsrail ordusunun imkanlarından xəbərdardır.
Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, o cümlədən ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bir neçə yüksək səviyyəli komandir və doqquz nüvə alimi həlak olub. İsrailə açıq dəstək verən ABŞ iyunun 22-də İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə hücum edib.
Humay Eminqızı