Qəzzada ölənlərin sayı 66 min 97 nəfərə çatıb


  • 16:11

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 42 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda son 24 saatda 190 nəfərin yaralandığı da bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 66 min 97 nəfərə, yaralı sayı isə 168 min 536 nəfərə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər