Sərnişin avtobusu ilə yük maşını toqquşub: 20 nəfər yaralanıb


  • 17:09

Türkiyənin Sivas şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Sivasın Yıldızeli rayonunda qeydə alınıb.

Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ilkin məlumata görə, 20 nəfər xəsarət alıb.

Hadisə yerinə tibb və jandarma qrupları cəlb edilib.

Yaralılar ərazidəki xəstəxanalara çatdırılıb.

Humay Eminqızı

Oxşar xəbərlər