Münhendə partlayış: ölənlər var


  • 1 Oktyabr 10:51

Almaniyanın Münhen şəhərində atışma və partlayış baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib.

İddiaya görə, bir kişi valideynlərinin evinə partlayıcı yerləşdirib və onu yandırıb, daha sonra isə intihar edib.

Hadisə yerində güllə ilə öldürülmüş bir nəfərin meyiti də tapılıb.

Yanan evin qarşısında olan 2 avtomobil də yanıb.

Münhen polisi bildirib ki, hazırda əhali üçün təhlükə riski yoxdur.

Hadisə yerində genişmiqyaslı əməliyyatlar aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər